Ermənistan Baş naziri Nikol Paşinyan revanşist müxalifətin Qarabağı hərbi yolla geri almaq planlarını ifşa edərək, bunun ölkə üçün “ölüm hökmü” olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Baş nazir müxalif qüvvələrin artıq gizlənmədiyini və Ermənistanı yeni bir fəlakətə sürüklədiyini bildirib.
O, çıxışında sarsıdıcı ifadələrə yer verib:
“Mən bu qüvvələrin hakimiyyətə gəlməsinin müharibə demək olduğunu deyəndə mənə etiraz edirdilər. İndi isə həmin insanlar Qarabağın müharibə yolu ilə zəbt edilməsindən açıq şəkildə danışırlar. Onlar artıq hər şeyi açıq mətnlə deyirlər! Bu planın Ermənistan üçün necə bir qanlı fəlakət və dağıntı potensialı daşıdığını anlayırsınızmı?”
Paşinyan bu cür bəyanatların ölkənin dövlətçiliyini birbaşa təhlükə altına atdığını vurğulayıb.
Sara,
NOCOMMENT.az









