Sumqayıt şəhəri ərazisində qatarla yük avtomobilinin iştirakı ilə qəza baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı–Quba istiqamətində yerləşən dəmir yolu xəttinin şəhərdən keçən hissəsində qeydə alınıb.
Əldə olunan məlumata əsasən, dəmir yolu keçidində “KamAZ” markalı yük maşını ilə hərəkətdə olan qatar arasında toqquşma baş verib. Zərbənin gücündən yük avtomobili aşaraq yararsız vəziyyətə düşüb.
Qəza yerinə polis əməkdaşları cəlb edilib, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
@apasni_056♬ orijinal ses – ✵
***
Sumqayıtda qatarın “KamAz”la toqquşması hadisəsinin bəzi təfərrüatı məlum olub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu gün Bakı-Quba avtomobil yolunda avtokran dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
“Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə ilə bağlı araşdırma aparılır. ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına əməl etməyə çağırır”.
Turab













