Azərbaycanda özəl klinikalarda həkim qəbulu qiymətləri artmaqda davam edir. Aparılan araşdırma göstərir ki, xüsusilə tanınmış və yüksək reytinqə malik mütəxəssislərin qəbul qiymətləri 100 manatdan başlayaraq 300 manata qədər yüksəlir.
NOCOMMENT.az xəbər verir ki, ən yüksək ödəniş tələb olunan sahələrdən biri psixologiyadır.
Psixoloqların qəbul qiymətləri 30 manatdan başlayaraq 300 manata qədər dəyişir. Uroloqların qəbulu 30–110 AZN aralığında dəyişdiyi halda, kardioloq, hepatoloq, qastroenteroloq, dermatoloq, terapevt və pediatrların qəbul qiymətləri əsasən 50 manatdan yuxarıdır.
Ginekoloq qəbulu da yüksək qiymətlər sırasında yer alır. Bu sahə üzrə mütəxəssislərin qəbuluna yazılmaq üçün minimum 70 manat və daha yüksək məbləğ ödəmək tələb olunur.
Araşdırma zamanı qəbulu 100–300 AZN arasında dəyişən bəzi məşhur həkimlərin siyahısı belədir:
Psixoloq Tamilla Əliyeva – 300 AZN
Revmatoloq Nümunə Əliyeva – 120 AZN
Kardioloq (EKQ-EXO) Yasmin Rüstəmova – 110 AZN
Nevropatoloq Jalə Qarayeva – 100 AZN
Mama-ginekoloq Aytən Səfərova – 100 AZN
LOR-cərrah Dilşad Şadlinskaya – 100 AZN
Dermatoloq Leyla Mirzoyeva – 100 AZN
Pediatr Kamil Şərifov – 100 AZN
Onkoloq Pərvanə Rüstəmova – 100 AZN
Daxili xəstəliklər üzrə həkim Nəzrin Namazova – 100 AZN
Loqoped Aytən Aslanova – 100 AZN
Nərmin
NOCOMMENT.az













