TƏCİLİ! İran–Azərbaycan sərhədində vəziyyətlə bağlı AÇIQLAMA: Hazırda…backend

TƏCİLİ! İran–Azərbaycan sərhədində vəziyyətlə bağlı AÇIQLAMA: Hazırda…  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ilə Azərbaycan arasındakı dövlət sərhədində hazırda tam sabitlik və sakitlik hökm sürür. Ərdəbil vilayətinin sərhəd komandanlığı tərəfindən verilən rəsmi məlumata görə, sərhəd zolağında təhlükəsizlik tədbirləri adi rejimdə davam etdirilir və hər hansı qeyri-adi hal qeydə alınmayıb. Sərhəd xidməti rəsmiləri bölgədəki vəziyyətin nəzarət altında olduğunu vurğulayıblar.

NOCOMMENT.az xəbər verir ki, son 22 gün ərzində sərhəd xəttində hər hansı hərbi və ya şübhəli hərəkətlilik müşahidə olunmayıb. Komandanlığın bəyanatında qeyd edilir ki, hər iki ölkənin sərhəd qurumları arasında koordinasiya mövcuddur və bölgədəki sülh mühiti qorunub saxlanılır. Sakitliyin davam etməsi həm regional təhlükəsizlik, həm də ikitərəfli əlaqələrin sabitliyi baxımından mühüm göstərici kimi qiymətləndirilir. Rəsmilər ticarət və digər qanuni keçidlərin normal qaydada fəaliyyət göstərdiyini, sərhəd zonasında yaşayan əhalinin gündəlik həyatına mane olacaq heç bir amilin olmadığını bildiriblər.

Sara,
NOCOMMENT.az