BƏƏ niyə İrana qarşı ABŞ-ni dəstəkləyir?backend

BƏƏ niyə İrana qarşı ABŞ-ni dəstəkləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Böyük ehtimalla, ABŞ sabah axşam və ya şənbə günü İrana hücum edərək Hörmüz boğazını ələ keçirməyə çalışacaq. Hücum əməliyyatına isə BƏƏ-dən başlayacağı güman olunur. Yəqin ki, ABŞ hərbçiləri ilk növbədə Böyük Tunb, Kiçik Timb və Əbu Musa adalarını götürməklə hərəkata başlayacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu siyasi şərhçi Heydər Oğuz deyib.

Heydər Oğuz hesab edir ki, ABŞ-nin mümkün hücumunda BƏƏ-nin iştirakı İrana yaxın çevrələr tərəfindən sərt tənqid ediləcək. Lakin o, bölgədə BƏƏ–İran münasibətlərinin tarixi və məzhəbi kontekstini nəzərə almadan bu reaksiyaların birtərəfli ola biləcəyini vurğulayır.

“BƏƏ ilə İran arasında 14 əsrlik məzhəb qarşıdurması var”

Oğuzun sözlərinə görə, iki ölkə arasında gərginliyin kökündə dərin məzhəb ziddiyyəti dayanır:

“İran uzun illərdir bölgədə ‘şiə hilalı’ yaratmağa çalışır. BƏƏ isə sünni məzhəbini təmsil etdiyindən Tehranla münasibətlər heç vaxt səmimi olmayıb. Bu səbəbdən BƏƏ-nin İranın tərəfini saxlaması real görünmür.”

Adalar mübahisəsi: 55 illik ərazi davası

Şərhçi həmçinin Böyük Tumb, Kiçik Tumb və Əbu Musa adalarının 1971-ci ildə İran tərəfindən ələ keçirildiyini xatırladıb:

“BƏƏ həmin adaları Böyük Britaniyadan miras qalmış ərazilər hesab edir. İran isə tarixi iddialar irəli sürərək geri qaytarmaqdan imtina edir. Hətta Rusiya və Çin kimi tərəfdaş ölkələrin təkidlərinə də məhəl qoymayıb”.

O qeyd edir ki, ABŞ-nin mümkün hücumunda BƏƏ-nin susqun və ya dəstəkləyici mövqeyi bu adaların geri qaytarılması ilə bağlı ümidlərlə əlaqəli ola bilər.

Strateji əhəmiyyətli Hörmüz boğazı

H.Oğuz bildirir ki, sözügedən adalar Hörmüz boğazına nəzarət baxımından böyük strateji önəm daşıyır və heç bir tərəf bu üstünlüyü əldən vermək istəmir:

“Boğaza tam nəzarət etmək bölgədə enerji təhlükəsizliyi baxımından böyük üstünlükdür. Buna görə də adalar uğrunda geosiyasi mübarizə danılmazdı”.

Sara

NOCOMMENT.az