Zelenskinin Azərbaycan səfərinə Rusiyadan ikili yanaşma – Nə baş verir?backend

Zelenskinin Azərbaycan səfərinə Rusiyadan ikili yanaşma – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə əldə etdiyi razılaşmalar Rusiya mediası və siyasi dairələrində geniş rezonans doğurub. Müharibə tərəfi olan Rusiya bu səfəri “lupa” ilə izləyərək iki fərqli yanaşma nümayiş etdirir: bir qrup media sadəcə rəsmi xəbərləri tirajlasa da, digər hissəsi Ukrayna-Azərbaycan hərbi-texniki əməkdaşlığını Rusiyaya qarşı “arxadan zərbə” kimi qələmə verməyə çalışır. Lakin “arxadan zərbə” ritorikasına 2024-cü ildə Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında raketlə vurulması və vətəndaşlarımızın həlak olması fonunda baxmaq daha real mənzərə yaradır. Rusiya tərəfi yüksək səviyyəli vədlərə rəğmən, bu faciənin qurbanlarına və ailələrinə hələ də kompensasiya ödəməyib.”

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Zelenskinin Bakıda səsləndirdiyi “Rusiya-Ukrayna görüşü Azərbaycanda keçirilsin” təklifinə şimal qonşumuzdan gələn reaksiyalar ziddiyyətlidir: “Rusiya Federasiya Şurasının təmsilçisi Vladimir Cabarov danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab etsə də, Konstantin Zatulin və Viktor Vololatskiy kimi şəxslər buna qarşı çıxırlar. Erməni radikallarla işbirliyində olan Zatulindən başqa mövqe gözləmək çətindir. Onlar elə hesab edirlər ki, bu görüşün təşkili Azərbaycanın xarici siyasətinin əsas hədəfidir, lakin unudurlar ki, bu, məhz Zelenskinin Azərbaycanın balanslaşdırılmış siyasətinə etibar edərək irəli sürdüyü təklifdir”.

O, qeyd edib ki, Azərbaycanın beynəlxalq danışıqlar platforması kimi böyük təcrübəsi mövcuddur: “Vaxtilə Türkiyə-İsrail, eləcə də Rusiya Baş Qərargahı ilə NATO komandanlığı arasında görüşlər məhz Bakıda keçirilib. Əgər Moskva bu görüşə razı olmazsa, danışıqlar başqa ölkədə aparılacaq və bu, bizim üçün problem deyil. Bizim əsas istəyimiz müharibənin dayandırılmasıdır. Rusiyanın bəzi dairələrində səslənən ‘Azərbaycan niyə Ukrayna ilə hərbi sahədə əməkdaşlıq edir’ sualı isə tamamilə yersizdir”.

Ekspert əlavə edib ki, Azərbaycanın atdığı addımlar heç bir üçüncü ölkəyə qarşı deyil, yalnız milli maraqlara xidmət edir: “Müdafiə gücümüzün artırılması bizim daxili işimizdir. Rusiyanın bəzi siyasi dairələri bunu hələ də anlamaq istəmirlərsə, bu onların problemidir. Biz isə dost və tərəfdaş dövlətlərlə hərbi gücümüzü artıracaq layihələrdə iştirakımızı qətiyyətlə davam etdirməliyik”.

Tunar,
NOCOMMENT.az