Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.
Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerindədir.
Faktla bağlı araşdırma davam edir.
***
Bərdə Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, mina hadisəsi səbəbi ilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.










