İsrail ordusunun son 24 saat ərzində Livana endirdiyi hava zərbələri nəticəsində 47 nəfər həlak olub.
NOCOMMENT.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, hücumlar zamanı daha 112 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 2-də İsrail və “Hizbullah” arasında genişmiqyaslı hərbi əməliyyatların başlamasından bu yana Livanda ölənlərin ümumi sayı 1189-a çatıb.
Müharibə dövründə yaralananların sayı isə 3427 nəfər kimi qeyd olunub. Nazirlik qurbanlar arasında çox sayda qadın və uşağın olduğunu bildirib.
Sara,
NOCOMMENT.az










