İsraildən SEPAH-a daha bir ZƏRBƏ – Onu da MƏHV ETDİbackend

İsraildən SEPAH-a daha bir ZƏRBƏ – Onu da MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Mahallat rayonunda keçirdiyi xüsusi əməliyyatla “Qüds” qüvvələrinin Livan korpusunun mühəndislik şöbəsinin rəhbəri Mehdi Vəfaini zərərsizləşdirib. Bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidməti rəsmi məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, Vəfai son 20 il ərzində Livan və Suriya ərazisindəki strateji yeraltı layihələrin əsas icraçısı və rəhbəri olub. Onun rəhbərliyi ilə həyata keçirilən yeraltı tunel və infrastruktur şəbəkələri “Hizbullah”ın əsas hərbi güc qaynaqlarından biri hesab edilirdi.

Mütəxəssislərin fikrincə, Mehdi Vəfainin öldürülməsi “Hizbullah”ın yeraltı obyektlər yaratmaq imkanlarına ağır zərbə vurmaqla yanaşı, İran rejiminin Yaxın Şərqdə planlaşdırdığı hərbi əməliyyatların texniki hazırlıq prosesini də əhəmiyyətli dərəcədə axsadacaq. Hazırda bölgədə İsrailin hava hücumlarının intensivliyi artmaqda davam edir.

Sara
NOCOMMENT.az