Ermənistanda partlayış: ölən varbackend

Ermənistanda partlayış: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Armavir vilayətində yerləşən “Baqramyan” hərbi poliqonunda dəhşətli partlayış baş verib. Ermənistan mətbuatının yaydığı məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, yaralı hərbçi dərhal hərbi hospitala çatdırılıb və həkim nəzarətinə götürülüb.

Partlayışın hansı səbəbdən baş verməsi hələlik rəsmən açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik heç bir rəsmi şərh verməyib. Faktla bağlı araşdırmaların aparıldığı bildirilir.

Sara