İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı veribbackend

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

NOCOMMENT.az məktubun mətnini təqdim edir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazır olduğumuzu bildirirəm.

Allah rəhmət eləsin!