ABŞ rəsmi olaraq ÜST-dən çıxdıbackend

ABŞ rəsmi olaraq ÜST-dən çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

NOCOMMENT-in xəbərinə görə, bu barədə təşkilata artıq məlumat verilib.

ABŞ Dövlət Departamentində isə ölkənin 2021-ci ilin iyul ayında ÜST-dən çıxacağı bildirilib. ABŞ Prezidenti Donald Tramp ÜST-ün pandemiya dövründəki fəaliyyətini tənqid edib. O, təşkilatın lazımi islahatları aparmaqdan imtina etdiyi üçün ölkənin ÜST-lə əlaqələrini sona çatdırdığını bildirib.

ABŞ Prezidenti ÜST-ü dəfələrlə koronavirus epidemiyasının miqyasını Çinin maraqları naminə gizlətməkdə günahlandırmışdı.