Prezidentdən SƏRƏNCAM – Nazir müavini TƏYİN EDİLDİLƏRbackend

Prezidentdən SƏRƏNCAM – Nazir müavini TƏYİN EDİLDİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Bildirilib ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev isə 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur./Qafqazinfo/