Trampdan Avropaya Hörmüz boğazı cavabı: “Qoy cəhd etsinlər”backend

Trampdan Avropaya Hörmüz boğazı cavabı: “Qoy cəhd etsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp “Fox Business” telekanalına verdiyi müsahibədə Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı Avropaya qarşı sərt mesajlar ünvanlayıb. Boğazın təhlükəsizliyi məsələsinə toxunan Tramp, Vaşinqtonun artıq hərəkətə keçdiyini bildirərək, müttəfiqlərinin yanaşmasını tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Tramp Avropanın bölgədəki hərbi planları barədə danışarkən “Qoy cəhd etsinlər” ifadəsini işlədib. “Biz boğazı özümüz açırıq, gəmilərimiz artıq hərəkətdədir. Bilirsiniz, bu hətta gülməlidir — biz bütün işi artıq gördüyümüz halda, onlar hələ də hansısa ‘planlardan’ danışırlar. Əgər bunu bizsiz etmək istəyirlərsə, əla, qoy pulunu da özləri ödəsinlər. Biz artıq pulsuz şəkildə ‘dünya polisi’ olmaq niyyətində deyilik”, — deyə Ağ Ev rəhbəri vurğulayıb.

Xatırladaq ki, Hörmüz boğazı qlobal neft ticarəti üçün ən strateji nöqtələrdən biri hesab olunur və ABŞ-ın bu addımı bölgədəki hərbi mövcudluğunu daha da gücləndirəcəyinə işarədir.

Sara,
NOCOMMENT.az