Bu yolda qaya uçqunu OLDU: Hərəkət dayandıbackend

Bu yolda qaya uçqunu OLDU: Hərəkət dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə, yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.

Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.