Ermənistanın Dövlət Gəlirləri Komitəsi rəsmi Bakının statistikasına düşən ticarət dövriyyəsi ilə bağlı məlumatlara münasibət bildirib. Erməni tərəfi cari ilin mart ayında ölkədən Azərbaycana hər hansı mal ixracının həyata keçirilmədiyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, erməni mediası Azərbaycan Dövlət Gömrük Komitəsinin yaydığı sensasiyalı hesabatla bağlı Ermənistanın Dövlət Gəlirləri Komitəsinə sorğu ünvanlayıb. Xatırladaq ki, Azərbaycan tərəfinin məlumatında mart ayında ilk dəfə olaraq Ermənistandan 960 dollar dəyərində məhsul idxal edildiyi qeyd olunmuşdu.
Ermənistanın müvafiq qurumu isə cavabında bildirib ki, rəsmi qeydiyyatda Ermənistan mənşəli malların Azərbaycana ixracı faktı qeydə alınmayıb. Qurumun açıqlamasına görə, rəsmi statistika belə bir ticarət əməliyyatını təsdiqləmir.
Sara,
NOCOMMENT.az









