Bakıda məktəbdə xuliqanlıq edən şagirdə elektron qolbaq taxıldıbackend

Bakıda məktəbdə xuliqanlıq edən şagirdə elektron qolbaq taxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Binəqədi rayonu Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə xuliqanlıq hərəkətləri edən və şagirdlərdən birinə fiziki şiddət göstərən məktəbli cinayət məsuliyyətinə cəlb edilib.

NOCOMMENT.az xəbər verir ki, Lənkəran rayonu Həftoni kəndində anadan olmuş 2008-ci il təvəllüdlü Ruslan Səmidov (şərti) barəsində Cinayət Məcəlləsinin 221 və 127.2.3-cü (Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə iş açılıb.

Araşdırmalarla müəyyən edilib ki, 11-ci sinifdə təhsil alan Ruslan Səmidov 10-cu sinifdə oxuyan Uğura (şərti) hücum edib.

O, dostları ilə birlikdə ona baxdığı və daha sonra onunla əli cibində söhbət etdiyi üçün Uğurdan üzr istəməsini tələb edib. Tələbi baş tutmayan Ruslan onu cəzalandırmağa qərar verib. Məktəb yoldaşına hücum edərək ona zərbələr endirib, burun nahiyəsinin sola doğru deformasiyası, burunla tənəffüsün pozulması və burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin şişkinlik halında əziyi kimi bədən xəsarətləri yetirib.

Araşdırma zamanı məlum olub ki, Uğurun bacısı Ruslanla bir sinifdə oxuyur və bir neçə il əvvəl o, sinif yoldaşı olan qız barəsində sosial şəbəkədə xoşagəlməz sözlər yazıbmış.

İşin materialları Binəqədi məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş tərəf Ruslana ağır cəza verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Ruslan Səmidov Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə əməli törətməkdə təqsirli bilinib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ayağına elektron qolbaq taxılıb.\\News24.az