Məşhur müğənni VƏFAT ETDİbackend

Məşhur müğənni VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə musiqi dünyasının tanınmış simalarından olan Rıza Tamer dünən axşam saatlarında Bodrumda dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, hadisə sənətçinin menecerinin Konacık məhəlləsindəki evində baş verib.

Bakıda səhnəyə çıxmaq istəməyən məşhur türkiyəli müğənni vəfat etdi

Məlumata görə, müğənni qəfildən özünü pis hiss edərək ürəkbulanma və şiddətli nəfəs darlığından şikayətlənib. Yaxınlarının dərhal hadisə yerinə çağırdığı təcili tibbi yardım briqadası sənətçiyə ilkin müdaxiləni etdikdən sonra onu Bodrum Dövlət Xəstəxanasına çatdırıb. Lakin tibbi personalın bütün reanimasiya tədbirlərinə baxmayaraq, Rıza Tamerin həyatını xilas etmək mümkün olmayıb.

Rıza Tamer Türkiyə tamaşaçısına ilk dəfə “Popstar” yarışması ilə tanıdılmışdı. O, özünəməxsus ifası və səhnə performansı ilə geniş rəğbət qazanan iştirakçılardan idi. Qeyd edək ki, sənətçinin qəfil ölümü həm sənət dostlarını, həm də onu illərdir izləyən pərəstişkarlarını dərindən sarsıdıb. Onun ölümünün dəqiq səbəbi ilə bağlı ekspertiza araşdırmaları davam edir.

Sara,
NOCOMMENT.az