Zakir Həsənov azad edilmiş ərazilərə getdibackend

Zakir Həsənov azad edilmiş ərazilərə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir edilən və yeni inşa olunan təlim mərkəzi, eləcə də hərbi hissələrdə görülən işlərlə tanış olub.

Bu barədə NOCOMMENT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.

Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.