Kəbənin örtüyü 3 metr qaldırıldıbackend

Kəbənin örtüyü 3 metr qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı hakimiyyəti Həcc mövsümünə hazırlıq çərçivəsində Kəbənin örtüyünün aşağı hissəsini 3 metr qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, Səudiyyə Ərəbistanındakı Məscidül-həram və Peyğəmbər Məscidinin İşləri Baş İdarəsi məsələ ilə bağlı məlumat verən bəyanat yayıb.

Açıqlamada qeyd olunub ki, iş, örtüyün aşağı hissələrinin sökülməsi, daha sonra isə 3 metr hündürlükdə qaldırılaraq bərkidilməsindən ibarətdir.

Bildirilib ki, ağ rəngli qoruyucu parça və lampalar yenidən quraşdırılıb. Açıqlamada əlavə edilib ki, təxminən iki saat davam edən proses 34 mütəxəssis tərəfindən həyata keçirilib.

Açıqlamada bu prosedurun hər il xüsusilə Həcc mövsümündə örtünün zədələnməsi və onunla təmasın qarşısını almaq üçün həyata keçirildiyinə diqqət çəkilib. (İqtisadiyyat.az)