Oman körfəzi sularında ABŞ Hərbi Dəniz Qüvvələri ilə İranın ticarət gəmisi arasında gərgin anlar yaşanıb. ABŞ hərbi gəmiləri İranın ticarət gəmisini öz ərazi sularına qayıtmağa məcbur etmək üçün ona atəş açıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ hərbçilərinin müdaxiləsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz bölmələrinin operativ reaksiyası nəticəsində dayandırılıb.
Agentlik iddia edir ki, SEPAH qüvvələrinin hadisə yerinə vaxtında çatması və ticarət gəmisinə dəstək verməsi nəticəsində amerikalılar geri çəkilmək və bölgəni tərk etmək məcburiyyətində qalıblar. Hazırda bölgədə gərginliyin yüksək olduğu bildirilir.
Sara,
NOCOMMENT.az










