Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda vəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindən ödənilməsi məsələsi geniş müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, banklar kredit verərkən borcalanın gəlirlərini və bu gəlirlərin davamlılığını ciddi şəkildə araşdırır.
Ekspert qeyd edir ki, vətəndaşlar ailə üzvlərinə əlavə yük yaratmaması üçün kredit götürərkən həyat sığortasından istifadə edə bilərlər.
Ekspert deyir ki, borcalanın vəfatı halında məsələ hüquqi çərçivədə həll olunur. Qanunvericiliyə əsasən miras və borclar vahid kompleks kimi nəzərdə tutulur.Yəni vəfat edən şəxsin varisi mirası qəbul edərsə, həmin şəxsin borc öhdəliklərini də qəbul etmiş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu zaman borc öhdəliyi də onun üzərinə keçmir.
Varis mirası qəbul etdikdən sonra kredit öhdəliklərinin yerinə yetirilməsi üçün bəzən kredit qrafikinin yenidən strukturlaşdırılmasına ehtiyac yarana bilər. Bu zaman banklar artıq yeni borcalanın yəni varisin gəlirlərini nəzərə alaraq qərar verirlər,- deyə ekspert qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










