ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında hərbi fəallığın artırılması barədə məlumat yayıb. Verilən xəbərə görə, ABŞ-a məxsus zərbə helikopterləri bölgədə genişmiqyaslı patrul xidmətinə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, əməliyyatlara əsasən “AH-64 Apache” helikopterləri cəlb olunub. Hava dəstəyi ilə müşayiət olunan əməliyyatlar çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İranla əlaqəli olduğu bildirilən 23 ticarət gəmisi saxlanılaraq yoxlanılıb.
Vaşinqtonun bu addımı regionda naviqasiya təhlükəsizliyini təmin etmək məqsədi daşısa da, bu cür hərbi manevrlərin onsuz da gərgin olan ABŞ-İran münasibətlərini daha da kəskinləşdirəcəyi gözlənilir.
Sara,
NOCOMMENT.az











