DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Məşhur cütlük bir-birini öldürdü – VİDEO/FOTOLARbackend

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Məşhur cütlük bir-birini öldürdü – VİDEO/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Mıtişi şəhərində baş verən faciə gənc ailənin həyatına son qoyub.

NOCOMMENT.az xəbər verir ki, “Fest” Teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və teatrın qrim şöbəsinin 23 yaşlı rəhbəri, həyat yoldaşı Yevgeniya yaşadıqları mənzildə baş verən mübahisə zamanı ölüblər.

Hadisə aprelin 19-na keçən gecə qeydə alınıb. İlkin ehtimallara əsasən, gərginlik qadının boşanmaq qərarı ilə bağlı yaranıb və qısa müddətdə bıçaqlı qarşıdurmaya çevrilib. İstintaq versiyasına görə, tərəflər bir-birinə xəsarətlər yetirib və hər ikisi hadisə yerində həyatını itirib.

Qonşuların sözlərinə görə, mənzildən gələn qışqırıq səslərindən sonra polisə məlumat verilib.

Yaxınlarının bildirdiyinə əsasən, cütlük arasında uzun müddətdir problemlər var idi və son dövrlərdə münasibətlər daha da gərginləşmişdi.

Turan
NOCOMMENT.az