Bakının Nərimanov və Nəsimi rayonlarının mərkəzi hissələrində, xüsusilə “28 May” metrostansiyası ətrafında yerləşən bir neçə iri biznes mərkəzində və plazalarda elektrik enerjisinin verilişi qəfil kəsilib. Şəhərin işgüzar mərkəzlərində baş verən bu kütləvi kəsinti nəticəsində həmin binalardakı ofislərin, ticarət obyektlərinin və xidmət mərkəzlərinin fəaliyyəti tamamilə iflic olub.
NOCOMMENT.az xəbər verir ki, işıqların sönməsi səbəbindən iş prosesinin davam etdirilməsi qeyri-mümkün hala gəldiyi üçün plazalarda fəaliyyət göstərən şirkətlər əməkdaşlarını evə buraxmaq məcburiyyətində qalıblar. Hazırda ərazidəki plazaların əksəriyyətində iş günü vaxtından əvvəl başa çatıb. Enerji kəsintisinin texniki qəza, yoxsa planlı təmir işləri ilə bağlı olması barədə hələlik rəsmi qurumlar tərəfindən məlumat verilməyib.
Məsələ ilə bağlı Azərişıq ASC-nin mətbuat Ximətinin rəhbəri Vaqif Aydınoğlu NOCOMMENT.az-a bildirib ki, belə bir hal qeydə alınmayıb: “Hazırda sxem qaydasında işləyir, kəsinti halı yaşanmayıb”.
Sara,
NOCOMMENT.az









