Bakıda keçirilən toy məclislərindən birində qeydə alınan maraqlı görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, məclis zamanı bəyin dostları əllərində avtomobillərinin dövlət qeydiyyat nişanlarını (seriya nömrələrini) tutaraq rəqs ediblər. Bu anlar qonaqlar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Paylaşım qısa zamanda böyük maraq doğurub və istifadəçilər arasında fərqli reaksiyalar yaradıb. Bəziləri bu hərəkəti əyləncəli və qeyri-adi addım kimi dəyərləndirsə də, digərləri isə davranışı yerində saymayıb və tənqid ediblər.
Görüntülər sosial mediada hələ də müzakirə olunmağa davam edir. Milli.az









