Paşinyan KTMT ilə bağlı son nöqtəni qoydubackend

Paşinyan KTMT ilə bağlı son nöqtəni qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı gələcək planlarına dair növbəti kəskin bəyanatını verib. Baş nazir Ermənistanın bu hərbi-siyasi blokda fəaliyyətini bərpa etmək niyyətində olmadığını və bu məsələnin artıq rəsmi siyasi kurs kimi təsbit edildiyini bildirib.

“Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-yə üzvlüyü dondurulub və fəaliyyətin bərpası istiqamətində heç bir addım atılmayacaq”, — deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bu qərarın sadəcə bir bəyanat olmadığını, həm də hakim partiyanın seçkiqabağı proqramında rəsmi şəkildə qeydə alındığını diqqətə çatdırıb.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevral ayından etibarən KTMT-dəki iştirakını “dondurduğunu” elan edib. Rəsmi İrəvan təşkilatı Ermənistanın təhlükəsizlik maraqlarını qorumamaqda və Azərbaycanla sərhəd münaqişələri zamanı seyrçi qalmaqda ittiham edir. Paşinyanın son çıxışı İrəvanın KTMT-dən tamamilə çıxmaq yolunda geri dönülməz bir mərhələdə olduğundan xəbər verir.

Sara,
NOCOMMENT.az