Rusiyanın 2-ci liqasında keçirilən “Veles” – “Maşuk KMV” matçında (2:0) meydan sahiblərinin qapıçısı Rəsul Mitsaev qol vurub.
NOCOMMENT.az xəbər verir ki, o, 76-cı dəqiqəsində topu öz qapısından digər qapıya göndərib.
Daha sonra R.Mitsaev qol sevincini tribunada oturan anası ilə qeyd edib. O, anasını qucaqlayaraq sevinib.










