“ChatGPT”nin işində nasazlıq yaranıbbackend

“ChatGPT”nin işində nasazlıq yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OpenAI” şirkətinin çatbotu “ChatGPT”nin işində nasazlıqlar yaranıb.

NOCOMMENT.az xəbər verir ki, mindən çox istifadəçi çatbotla bağlı problemlər barədə məlumat verib.

İnsanlar şəxsi hesablarına daxil olmaqda problemlərdən, veb saytların sıradan çıxmasından və “ChatGPT”nin sorğulara cavab verməsinin uzun müddət çəkməsindən şikayətləniblər. Ən çox şikayət Niderlanddan (6%), ABŞ-dən (5%) və Almaniyadan (4%) daxil olub.

Qeyd edək ki, “ChatGPT”də sonuncu dəfə nasazlıqlar 2025-ci ilin dekabrında baş verib./Oxu.Az/