Metroda yaranan problem taksi qiymətlərini BAHALAŞDIRDIbackend

Metroda yaranan problem taksi qiymətlərini BAHALAŞDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda metro problemi taksi qiymətlərini “od qiymətinə” qaldırdı: Sərnişinlər çarəsizdir
Bakı metrosunun fəaliyyətində yaranan texniki problemlər paytaxtın nəqliyyat sistemində xaos yaradıb. Metrodan istifadə edə bilməyən sərnişinlərin yerüstü nəqliyyata üz tutması isə fürsətçilərin işinə yarayıb.

NOCOMMENT.az-a müraciət edən sərnişinlərin bildirdiyinə görə, metrodakı fasilədən dərhal sonra taksi xidmətlərinin qiymətlərində kəskin artım müşahidə olunub. Sərnişinlər qeyd edirlər ki, adi vaxtlarda gedilən məsafələr üçün indi 3-5 AZN daha artıq məbləğ tələb olunur.

Avtobus dayanacaqlarında sıxlıq, taksilərdə “süni qiymət”

Metronun işindəki axsamalar təkcə taksi bazarını deyil, həm də avtobus dayanacaqlarını iflic edib. Avtobusların intervalında yaranan gecikmələr və həddindən artıq sərnişin sıxlığı insanları çıxılmaz vəziyyətdə qoyub. Alternativ nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkən vətəndaşlar taksi şirkətlərinin və fərdi sürücülərin tətbiq etdiyi “pik qiymət” siyasətindən narazıdırlar.

Sərnişinlərin sözlərinə görə, bəzi istiqamətlər üzrə qiymətlər ikiqat artıb. Məsələn, normalda 4-5 manata başa gələn yol üçün hazırda 8-10 manat ödəniş tələb edilir.

Aliyə,
NOCOMMENT.az