“Bakı Metropoliteni”nin sədri dərhal vəzifəsindən çıxarılmalıdır” – Partiya sədribackend

“Bakı Metropoliteni”nin sədri dərhal vəzifəsindən çıxarılmalıdır” – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda bu gün baş verən texniki nasazlıq və sərnişinlərin saatlarla çətin vəziyyətdə qalması cəmiyyətdə ciddi narazılıq yaradıb. Hadisə fonunda “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun fəaliyyəti, idarəetmədəki mümkün boşluqlar və vətəndaşların xidmət ala bilmədiyi halda gedişhaqqı ödəməsi, bu ödənişlərin geri qaytarılmaması, üstəlik, qurum rəsmilərindən media qarşısına heç kimin çıxmaması suallar doğurub.

Bəs görəsən, baş verənlər sıravi texniki problem, yoxsa daha dərin idarəetmə böhranının göstəricisidir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bugün metroda baş verən hadisələr böyük bir təxribatdır.

Bu seçkilərdə partiyamız parlament partiyası olacaq - Hafiz Hacıyev |  Modern.az

“Biz bunu aylar öncə demişik. Onlar insanları meydanlara yığmağın yollarını məşq edirlər.

Bugün metroda baş verən hadisələr, eləcə də digər nüanslar Azərbaycan dövlətçiliyinin əleyhinə təşkil olunmuş məsələlərdir. Məmurlar çalışırlar ki, Azərbaycanda belə qarışıqlıq salsınlar. Bunlar dövlətin işi ilə məşğul deyillər. Prezidentin ətrafındakıların özbaşınalıqları üzə çıxdığına görə çalışırlar ki, ölkədə problem olsun. Bu baxımdan metroda baş verən hadisələri proseslərin tərkib hissəsi adlandırıram”.

Hafiz Hacıyev Vüsal Aslanovun fəaliyyətini də bu prosesin tərkib hissəsi kimi qiymətləndirib.

“Vüsal Aslanov “Dəmiryolu”ndan bu vəzifəyə təyin edilib. Vüsal Aslanovun bu hərəkətləri, insanların metro stansiyalarının qabağına yığılması, heç bir tədbir görülməməsi o deməkdir ki, milləti hansısa formada dövlətin əleyhinə qaldırmaq istəyirlər”.

Partiya sədri vətəndaşların metroya gedişhaqqı ödəyib, mənzil başına çata bilməməsini hüquq pozuntusu kimi dəyərləndirib:

“Necə olurki, insanlar metroya pul ödəyib keçirlər, amma mənzil başına çata bilmirlər. Deməli onlar özlərini toxunulmaz hesab edirlər. Vətəndaşın hüququnun pozulması, insanların pullarının qaytarılmaması qəbuledilməzdir”.

Hafiz Hacıyev bunun düşünülmüş proses olduğunu deyib və Vüsal Aslanovun dərhal vəzifədən uzaqlaşdırılmasını tələb edib:

“Bu, düşünülmüş məsələdir. Milləti dövlətə qarşı qaldırmaqdır. Əksər dövlət qurumları bu haldadır. Vüsal Aslanov bu gündən təcili işdən kənarlaşdırılmalıdır. Bilmir ki, hansı stansiyada elektrik var, yoxsa yoxdur? Vəziyyət nə yerdədir? Bunlar işlərinin öhdəsindən gələ bilmir. Bu insanların dövlətə canı yanmır. Təcili vəzifəsindən uzaqlaşdırılmalıdır”.\\konkret.az