Metro açıldı, amma problem bitmədi – Stansiyalarda vəziyyət gərginləşdi – FOTObackend

Metro açıldı, amma problem bitmədi – Stansiyalarda vəziyyət gərginləşdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı metrosunda baş verən nasazlıqdan sonra stansiyalarda ciddi sərnişin sıxlığı müşahidə olunur.

NOCOMMENT.az xəbər verir ki, nasazlığın aradan qaldırılmasından sonra metronun fəaliyyəti bərpa edilsə də, axşam saatlarında da sıxlıq tam aradan qalxmayıb.

“Nərimanov” stansiyasında çəkilən görüntülər insanların platforma və keçidlərdə sıx şəkildə hərəkət etdiyini göstərir.

Sərnişinlər bildirir ki, qatarların intervalında gecikmələr və yığılma səbəbindən hərəkət çətinləşib. Bəzi hallarda platformalarda uzun müddət gözləmələr qeydə alınıb.

Qeyd edək ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə bir sıra stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib və metronun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Nasazlığın aradan qaldırılmasından sonra metronun fəaliyyəti saat 15:01-dən etibarən bərpa olunub.\\“Yeni Sabah”