Milyardlıq korrupsiya qalmaqalı: sabiq mer güllələndi – VİDEObackend

Milyardlıq korrupsiya qalmaqalı: sabiq mer güllələndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində iri korrupsiya işi ilə bağlı sərt qərar verilib.

NOCOMMENT.az xəbər verir ki, Haykou şəhərinin sabiq meri haqqında çıxarılan ölüm hökmü icra edilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı axtarışlar zamanı məmurun gizli sərvəti ortaya çıxıb. Onun evlərindən və anbarlarından ümumilikdə 13 ton qızıl külçəsi və 23 ton nağd pul aşkar edildiyi bildirilir. Bundan başqa, sabiq merin bahalı avtomobillər kolleksiyasına və dünyanın müxtəlif ölkələrində yerləşən elit daşınmaz əmlak portfelinə sahib olduğu qeyd olunur.

İstintaq materiallarına əsasən, bu vəsaitlər dövlət sifarişləri üzərindən korrupsiya sxemləri, torpaq əməliyyatları və digər qanunsuz fəaliyyətlər nəticəsində əldə edilib. Ümumi məbləğin təxminən 4,3 milyard dollar olduğu iddia olunur.

Çin məhkəməsi korrupsiya faktlarını ağır cinayət kimi qiymətləndirərək, təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarıb və hökm qısa müddətdə icra olunub./Musavat.com /