Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Astara rayonunda həyata keçiriləcək mühüm layihə üzrə tenderin qalibini elan edib.
NOCOMMENT.az xəbər verir ki, Astara rayonunun Siyəkü, Pensər və Şiyəkəran kəndlərini Pensərçayın sel və daşqın sularından qorumaq üçün nəzərdə tutulan mühafizə tədbirlərini “TEYMUR-M” Məhdud Məsuliyyətli Cəmiyyəti icra edəcək. Tərəflər arasında ümumi dəyəri 2 041 442,11 AZN təşkil edən satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.
Maraqlıdır ki, milyonluq layihəni icra edəcək “TEYMUR-M” MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır və şirkətin qanuni təmsilçisi Saday Rəhim oğlu Vəliyevdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılovdur./32gun.az/









