İran və ABŞ arasında gərginliyi azaltmaq üçün planlaşdırılan diplomatik təmaslar iflasa uğrayıb. “Tasnim” xəbər agentliyinin yaydığı məlumata görə, İranın danışıqlar qrupu Pakistan vasitəsilə ABŞ tərəfinə 22 aprel tarixində İslamabadda nəzərdə tutulan görüşdə iştirak etməyəcəyini rəsmən bildirib.
NOCOMMENT.az xəbər verir ki, rəsmi Tehran hazırkı şəraitdə danışıqların davam etdirilməsi üçün heç bir perspektiv görmür. İmtinanın əsas səbəbi kimi ABŞ-ın əldə olunmuş razılaşmaları pozması göstərilir. İran tərəfi iddia edir ki, Vaşinqton Livanda atəşkəsi təmin etməyib, danışıqların birinci raundunda hədsiz tələblər irəli sürüb və İranın Hörmüz boğazını açmasına baxmayaraq, dəniz blokadasını dayandırmayıb. Tehran mövcud vəziyyətdə dialoqda iştirakı “vaxt itkisi” adlandıraraq masadan qəti şəkildə qalxdığını bəyan edib.
Sara










