Trampdan gözlənilməz qərar – Müharibə ilə bağlı…backend

Trampdan gözlənilməz qərar – Müharibə ilə bağlı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp, Pakistan rəhbərliyinin müraciəti əsasında İrana qarşı planlaşdırılan hərbi hücumu təxirə saldığını və atəşkəs rejimini uzatdığını bəyan edib. Tramp bu qərarını İran hakimiyyəti daxilində yaranmış dərin fikir ayrılıqları və xarici vasitəçilərin diplomatik cəhdləri ilə əlaqələndirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran hökumətinin ciddi şəkildə parçalandığını və bunun onun üçün gözlənilməz olmadığını bildirib. Prezident qeyd edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirin xahişi ilə İran liderlərinin vahid bir təkliflə çıxış etməsinə imkan yaratmaq üçün hücum əmrini ləngidib. “Bununla əlaqədar olaraq, mən hərbçilərimizə blokadanı davam etdirməyi və bütün digər aspektlərdə tam döyüş hazırlığı vəziyyətində qalmağı tapşırmışam. Beləliklə, onların təklifi təqdim olunana və müzakirələr bu və ya digər şəkildə yekunlaşana qədər atəşkəs rejimini uzadıram”, – deyə ABŞ lideri vurğulayıb. Bu gedişat bölgədəki gərginliyi müvəqqəti azaltsa da, Vaşinqtonun hərbi variantı hələ də masada saxladığını göstərir.

Sara,
NOCOMMENT.az