Dəhşətli qəzada ölən şəxs müəllim İMİŞbackend

Dəhşətli qəzada ölən şəxs müəllim İMİŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Yasamal rayonu Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, Vüqar Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin “Kamaz”a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.

O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.

Təhsil müəssisəsindən saytımıza bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.

Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.