İranda İsrailin kəşfiyyat xidməti (MOSSAD) ilə əməkdaşlıq etməkdə təqsirli bilinən şəxs barəsində çıxarılmış ölüm hökmü icra olunub.
Ölkənin məhkəmə hakimiyyətinin rəsmi orqanı olan “Mizan News” agentliyinin yaydığı məlumata görə, həmin şəxs İsrail xüsusi xidmət orqanları ilə gizli əlaqələr qurmaqda və dövlət təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə ittiham edilib.
NOCOMMENT.az xəbər verir ki, edam edilən şəxs ölkənin strateji əhəmiyyətli qurumlarından birində yüksək vəzifə tutan Mehdi Fariddir. Məlumata əsasən, o, “mühüm dövlət təşkilatlarından birinin mülki müdafiə komitəsinin rəhbəri” vəzifəsində çalışıb. İstintaq materiallarında qeyd olunub ki, Farid tutduğu vəzifədən istifadə edərək əldə etdiyi gizli məlumatları xarici kəşfiyyata ötürüb. Məhkəmə prosesinin yekununda onun fəaliyyəti “yer üzündə fitnə-fəsad törətmək” və casusluq kimi qiymətləndirilərək ən ağır cəzaya məhkum edilib.
Sara,
NOCOMMENT.az









