Rektor SOCAR-ın şöbə müdirinə vəzifə verdi – FOTObackend

Rektor SOCAR-ın şöbə müdirinə vəzifə verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər Universitetində yeni kadr təyinatı olub.

NOCOMMENT.az xəbər verir ki, müvafiq əmrlə Yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov Universitetdə Departament müdiri (Neft mühəndisliyi) vəzifəsinə təyin edilib.

O, paralel olaraq fəaliyyətini SOCAR-da şöbə müdiri vəzifəsində davam etdirir.

Elvin Hacıqulu oğlu Əhmədov 1984-cü il 6 aprel tarixində Siyəzən rayonunda anadan olub. O, 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qazın geologiyası” ixtisası üzrə bakalavr, 2009-cu ildə isə “Dəniz neft-qaz geologiyası” ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirib.

O, SOCAR-da Həmkarlar İttifaqı Komitəsinin (HİK) Təftiş Komissiyasının sədridir. Elvin Əhmədov 2008-ci ildən SOCAR-da işə başlayıb.

Aliyə
NOCOMMENT.az