Türkiyənin tanınmış kino və teatr aktyoru Ferdi Atuner 82 yaşında dünyasını dəyişib.
INOCOMMENT.az “Haber Global”a istinadən xəbər verir ki, bir çox yadda qalan serial və filmlərdə rol almış ustad sənətkarın ölüm xəbərini ailəsi açıqlayıb.
Yaxınlarının verdiyi məlumata görə, sənətçi ürəktutması nəticəsində həyatını itirib.
Ferdi Atuner vaxtilə Levent Kırca ilə birlikdə “Olacak O kadar” satirik proqramındakı yaddaqalan obrazları ilə geniş auditoriyanın rəğbətini qazanıb.
Aktyorluqla yanaşı, dublyaj fəaliyyəti ilə də məşğul olan Atuner “Çocuklar Duymasın”, “Reyting Hamdi”, “En Son Babalar Duyar”, “Ayrılsak da Beraberiz” və “Çılgın Bediş” kimi populyar seriallardakı rolları ilə tamaşaçıların yaddaşında silinməz iz qoyub.\\Musavat.com
![]()










