İranın neftlə yüklənmiş tankerlərinin sərbəst hərəkəti, ABŞ-ın Tehranın neft ixracını dayandırmaq istiqamətindəki səylərinin məhdud olduğunu göstərir. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın “böyük uğur” adlandırdığı sanksiya siyasəti gözlənilən nəticəni verməyib. Nəşr vurğulayır ki, neft daşıyan gəmilərin beynəlxalq sularda maneəsiz hərəkəti Ağ Evin təzyiq rıçaqlarının zəiflədiyinin göstəricisidir.
NOCOMMENT.az xəbər verir ki, iqtisadi böhrana və bölgədəki hərbi əməliyyatlara baxmayaraq, İrandakı mövcud siyasi rejim yüksək “dözümlülük” nümayiş etdirir. Analitiklər qeyd edirlər ki, ABŞ-ın sərt iqtisadi məhdudiyyətlərinə rəğmən, İranın enerji resurslarını dünya bazarına çıxarmaq üçün alternativ yollar tapması Vaşinqtonun regional strategiyasının səmərəliliyini sual altına qoyur. Yazıda həmçinin Tehranın bu dözümlülüyünün bölgədəki geosiyasi balanslara təsir göstərdiyi vurğulanır.
Sara,
NOCOMMENT.az










