Arvadım dedi ki, evi təmizlə, mən də döydüm – Məhkəməbackend

Arvadım dedi ki, evi təmizlə, mən də döydüm – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda 31 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, hadisə ötən ilin avqustun 7-də rayonun kəndlərindən birində baş verib. 1995-ci il təvəllüdlü Taleh həmin gün saat 18 radələrində yaşadıqları evdə arvadı Səmayə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı Taleh arvadının ona evi təmizləməsini, evi çirkləndirməməsini, siqaretin külünü yerə tökməməsini bildirib. Bu zaman 31 yaşlı kişi əli ilə bir neçə dəfə qadının baş və sifət nahiyəsinə vurub, oan müxtəlif dərəcəli xəsarətlər yetirib.

Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi əməklə məşğul olur:

“Zərərçəkmiş Səmayə mənim arvadımdır. Biz Şəmkir rayonunun kəndində yaşayırıq. Ötən ilin avqustun 7-də, saat 18 radələrində evdə olarkən arvadım mənə qarpız yeyərək mətbəxi çirkləndirdiyim, siqaretin külünü yerə tökdüyüm üçün mənimlə mübahisə etdi, evi təmizləməyimi bildirdi. sonra isə o, mənə nalayiq ifadə işlətdi. Mən də əlim ilə onun baş və sifət nahiyəsindən bir neçə dəfə vurdum. Sonradan arvadımdan üzrxahlıq etdim. O, da mənimlə barışdı”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda barəsində amnistiya aktının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş edib.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.\\Demokrat.az