Yas mərasimlərində yemək verilməsi ilə bağlı YENİ XƏBƏR – İlin sonunadək…backend

Yas mərasimlərində yemək verilməsi ilə bağlı YENİ XƏBƏR – İlin sonunadək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yas mərasimlərində süfrə açılması və yemək verilməsi ənənəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr son vaxtlar yenidən aktuallaşıb. Xüsusilə, sosial şəbəkələrdə və ictimai müstəvidə bu məsələnin həm dini, həm də sosial baxımdan uyğun olub-olmaması geniş müzakirə edilir.

Bəs doğrudanmı bu ilin sonuna qədər yas mərasimlərində yemək verilməsinə məhdudiyyət tətbiq oluna bilər?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, yas mərasimlərində yemək verilməsi tamamilə ləğv edilməlidir. Onun sözlərinə görə, bu ənənə nə dinin tələblərinə, nə də əhalinin sosial vəziyyətinə uyğundur.

İlahiyyatçı: “Kərbəla faciəsini, İmam Hüseyn şəhidliyini siyasiləşdirirlər”

“Dinimizdə yas yerində yemək vermək bidət, yəni sonradan əlavə olunmuş və xoş qarşılanmayan bir adət hesab olunur. Əksinə, yas sahibinə yemək, ərzaq və ya maddi dəstək göstərilməsi tövsiyə edilir. Təəssüf ki, uzun illər bəzi ruhani təbəqələr bu ənənəni təşviq edərək ondan faydalanıblar. Bu isə əhali üçün əlavə yük yaradır,” – deyə o, qeyd edib.

İlahiyyatçı hesab edir ki, bölgələrdə artıq maarifləndirmə işləri nəticə verməyə başlayıb və bəzi yerlərdə yas süfrələri yığışdırılır.

“Bu prosesin genişlənməsinə müəyyən maraqlı tərəflər – xüsusilə mərasim evləri və bu sahədən gəlir əldə edən şəxslər mane olur.

Zərurət yaranarsa, bu məsələnin qanunvericilik səviyyəsində tənzimlənməsi də mümkündür. Heç bir müsəlman ölkəsində bizdəki kimi yas mərasimlərində dəbdəbəli süfrələr açılmır. Yas mərasimi qonaqlıq yeri deyil. Bu ənənənin ləğvi üçün ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidir ki, cəmiyyət də buna uyğun davransın.”

Onun fikrincə, yas mərasimlərində əsas diqqət mərhumun xatirəsinin yad olunmasına və ailəyə mənəvi dəstəyin göstərilməsinə yönəlməlidir.\\konkret.az