Məktəblidən şok etiraf: “Bufetdəki yeməkdən zəhərlənmişik” – VİDEObackend

Məktəblidən şok etiraf: “Bufetdəki yeməkdən zəhərlənmişik” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.

NOCOMMENT.az xəbər verir ki, yoxlamaların nəticələrinə əsasən, 263 məktəbdə sanitariya qaydalarının pozulduğu, 23 məktəbdə istifadə müddəti bitmiş, beş məktəbdə isə satışı qadağan olunmuş məhsulların olduğu müəyyən edilib.

Məktəblilərdən biri bufetlərdəki vəziyyətlə bağlı narazılığını BAKU TV-yə belə ifadə edib: “Bufetdəki yeməklər çox pisdir. Keçən dəfə sinif yoldaşım hot-doqdan zəhərlənmişdi”.

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb: “Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib. Eyni zamanda məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə, həmçinin regional təhsil idarələrinə məktublar ünvanlanıb”.