Bakı Baş Səhiyyə Mərkəzində növbəti kadr dəyişikliyi baş verib.
NOCOMMENT.az xəbər verir ki, mərkəzin direktoru Elçin Əmirovdan sonra onun müavini Ləman Mursaqulova da vəzifəsindən azad edilib.
Bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən çıxarılıb.
Xatırladaq ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, “Yeni Klinika”nın direktoru Barat Yusubov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun da işdən çıxarıldığı təsdiqlənib./Bakupost.az/









