Tanınmış aparıcıya xərçəng diaqnozu qoyuldu – FOTObackend

Tanınmış aparıcıya xərçəng diaqnozu qoyuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur aparıcı Serap Peközdə xərçəng aşkarlanıb.

NOCOMMENT.az türkiyə mediasına istinadla xəbər verir ki, aparıcılıq etdiyi verilişlər vasitəsilə televiziyada tanınmış simaya çevrilən Serap Paköz döş xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

O, bu çətin dövrdə saçlarının tökülməyə başladığını, ona görə də saçlarını kəsdirdiyini vurğulayıb:

“10 mart gecəsi sağlam bir qadın kimi yatağıma girdim. 11 martda mənə döş xərçəngi diaqnozu qoyuldu. Saçlarımın tökülməsi bu səyahətin bir hissəsidir. Sarsıldım? Bəli. Bəs, təslim oldum? Heç vaxt!” deyə, S.Peköz bildirib.

Qeyd edək ki, 1997-ci ildən özəl televiziya kanallarında çalışan təcrübəli aparıcı müxtəlif verilişləri ilə geniş auditoriyaya çatıb. İllər ərzində hazırladığı və təqdim etdiyi verilişlərlə izləyicilərin rəğbətini qazanan Paköz televiziya dünyasında silinməz iz buraxıb.\\milli.az