Bakıda fəaliyyətə başlayan yeni mağazanın açılış mərasimi gözlənilməz görüntülərlə yadda qalıb. Açılış münasibətilə elan edilən böyük endirim kampaniyası paytaxt sakinlərinin kütləvi axınına səbəb olub. Səhər saatlarından etibarən yüzlərlə insan mağazanın önünə toplaşaraq, ucuz məhsul əldə etmək üçün uzun növbələr yaradıb.
NOCOMMENT.az xəbər verir ki, endirim həvəskarlarının yaratdığı sıxlıq qısa müddətdə nəzarətdən çıxaraq ciddi izdihama çevrilib. Mağazanın qapıları önündə toplaşan kütlə daxilə girməyə çalışarkən basırıq yaranıb, bu isə həm alıcılar, həm də ərazidəki piyadalar üçün çətin anlar yaşadıb. Şahidlərin verdiyi məlumata görə, izdiham səbəbindən ərazidə hərəkət məhdudlaşıb və mağaza rəhbərliyi vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməli olub.
Sara,
NOCOMMENT.az










