Məşhur aparıcı vəfat etdi – FOTObackend

Məşhur aparıcı vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mediası və televiziya dünyası sarsıdıcı xəbərlə çalxalanıb. Rusiyanın tanınmış jurnalisti, rejissoru və məşhur televiziya aparıcısı Aleksey Pimanov 64 yaşında qəfildən dünyasını dəyişib. Uzun illər tamaşaçıların böyük maraqla izlədiyi “Birinci Kanal”ın (Pervıy Kanal) siması olan Pimanovun ölümü Rusiya ictimaiyyətində böyük kədərlə qarşılanıp.

NOCOMMENT.az xəbər verir ki, telekanalın yaydığı rəsmi məlumata görə, tanınmış jurnalistin ölümünə səbəb qəfil ürək dayanması olub.

“İnsan və qanun” (Çelovek i zakon) verilişinin daimi aparıcısı kimi yaddaşlara həkk olunan Pimanov həm də peşəkar prodüser və “Qırmızı ulduz” (Krasnaya zvezda) media holdinqinin rəhbəri kimi böyük layihələrə imza atmışdı. Telekanal rəhbərliyi onun vəfatını bütün kollektiv üçün əvəzolunmaz itki adlandırıb və ailəsinə dərin hüznlə başsağlığı verib.

Sara