Son günlər quru meyvə bazarında qiymət artımı diqqət çəkir. Xüsusilə püstənin qiyməti rekord həddə çatıb.
NOCOMMENT.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, satış nöqtələrindən birində püstənin 1 kiloqramı 96.99 manata təklif olunur. Bu isə alıcılar arasında ciddi narazılıq yaradıb.
Satıcılar qiymət artımını əsasən idxal xərclərinin yüksəlməsi, valyuta məzənnəsi və logistika problemləri ilə əlaqələndirirlər. Lakin alıcılar hesab edir ki, qiymətlər real bazar dəyərindən xeyli yüksəkdir.
Ekspertlər bildirirlər ki, yaxın aylarda quru meyvə bazarında qiymətlərin stabilləşməsi gözlənilsə də, bəzi məhsullar üzrə bahalaşma davam edə bilər.
Sözügedən görüntünü təqdim edirik: 
Aliyə,
NOCOMMENT.az









