Qobustandakı faciə hərbi hissənin ərazisində baş veribbackend

Qobustandakı faciə hərbi hissənin ərazisində baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu, Qobustan qəsəbəsində aparılan qazıntı işləri faciə ilə nəticələnib. Əraziyə cəlb olunan işçilər kanalizasiya xətti üçün torpaq qazıntısı həyata keçirərkən qəfil torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində qazılan sahədə çökmə yaranıb və iki nəfər torpaq altında qalıb.

NOCOMMENT.az-ın məlumatına görə, Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, insident N saylı hərbi hissənin ərazisində qeydə alınıb.

Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları kanalizisiya xəttində qazıntı işləri aparan zaman torpaq qatı davamlılığını itirib və çökmə baş verib.

Hadisə zamanı agentliyin Qaradağ Rayon Sukanal idarəsinin əməkdaşı Savalan Qasımov ölüb. O, Qubustan qəsəbə sakindiir.

Digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Əraziyə dərhal xilasedicilər və aidiyyəti qurumların nümayəndələri cəlb olunub, torpaq altında qalan şəxslərin çıxarılması üçün operativ tədbirlər görülüb. Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.(Yenisabah)